"Kombat" döyüşçüləri hazırlayır və modernləşmə keçir - ARAŞDIRMA

2019/12/15722-6307654752.jpg
Oxunub: 2592     17:01     08 Yanvar 2020    
Hazırda Rusiya silahlı qüvvələri, "Kronstadt" qrupu və "Era" texnopolisi tərəfindən hazırlanan "Kombat" döyüş uzlaşmasının ümumqoşun taktiki stimulyatoru (DUÜTS) ilə təchiz olunur. Bu kompleks hərbi əməliyyatları stimulyasiya edə bilir və şəxsi heyəti müxtəlif şəraitdə döyüşə hazırlamaq üçün nəzərdə tutulub. 2017-ci ildə "Kombat-E" adlı kompleksin təkmilləşdirilən bir versiyası təqdim edildi. Son məlumatlara görə, ümumqoşun taktiki döyüş stimulyatorunun inkişafı davam edir.

Layihə müəlliflərinin sözlərinə görə, "Kombat-E" DUÜTS bir sıra müxtəlif avadanlıqlardan ibarətdir. Stimulyatorun tərkibinə təlim komanda məntəqəsi, çoxfunksiyalı tədris sinifi, döyüş maşınlarının stimulyatorları, atıcı silah stimulyatorları və s. daxildir. Tam təchiz olunan "Kombat-E" kompleksi 1800 kvadratmetr sahəni əhatə edir və eyni vaxtda 85 nəfərlik şəxsi heyətə təlim keçirilməsinə imkan verir.

Ötən günlərdə "Era" texnopolisinin nümayəndəsi taktiki stimulyatorun təkmilləşdirilməsi istiqamətində görülən işlərin bəzi təfərrüatlarını açıqladı. İndiki modernləşdirmə kompleksin arxitekturasında və ya onun ayrı-ayrı hissələrində ciddi dəyişiklikləri nəzərdə tutmur, əsasən proqram yenilənməsi həyata keçirilir.

Döyüş fəaliyyətlərinin modelləşdirilməsi sisteminə davamlı olaraq silah və hərbi texnika nümunələri əlavə olunur. Hazırda "Kombat-E" kompleksinə yerli zirehli maşınların və robot sistemlərin yeni modelləri inteqrasiya edilir. Bu tip məhsullar silahlanmaya daxil olduqca, onları DUÜTS yaddaşına yazırlar. Bu cür yenilənmələr nəticəsində stimulyator müasir tələblərə və silahlı qüvvələrin aktual görünüşünə cavab verə bilir.

Paralel olaraq, kompleksin yaxşılaşdırılması üçün ikinci bir yanaşma da həyata keçirilir. Hərbi əməliyyatların stimulyasiyasına cavabdeh olan aparat və proqram təminatı bölməsi neyron şəbəkəsinə əsaslanır. Bu sistem özü də insanlarla qarşılıqlı əlaqə quraraq təcrübə toplayır və öyrənir. İddia olunur ki, artıq "Kombat-E"nin neyron şəbəkəsi, insan üzərində qələbəni təmin edən ən effektiv həll yollarını və ssenariləri seçməyi öyrənib.
Süni Zəkanın tətbiq olunan elementləri stimulyasiya edilən hava döyüşlərində özünü yaxşı tərəfdən göstərə bilir. Neyron şəbəkəsi canlı pilotları məğlub etmək qabiliyyətini təsdiqləyib.

Təlim kompleksi

"Kombat" DÜUTS-in ilk versiyası 2012-ci ildə Rusiya ordusunun müxtəlif hissələrinə tədarük edilməyə başlayıb. Sonradan "Kronstadt" qrupu bu kompleksin yeni bir versiyasını - "Kombat-E"ni hazırladı. Hazırda iki layihə üzərində inkişaf "Kronstadt" və "Era" texnopolisi arasındakı əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Kompleks döyüşçü və komandirlərin müxtəlif düşmən qüvvələrinə qarşı, fərqli şəraitdə döyüş əməliyyatları aparması üçün nəzərdə tutulub. Müəyyən bir əfsanəyə əsaslanan və konkret seçilən şəraitə görə fəaliyyətlər modelləşdirilir. "Kombat-E" kompleksinin köməyi ilə taqım, bölük və tabor səviyyəsində döyüş uzlaşmasını həyata keçirmək mümkündür. Təlim zamanı şərti düşmən rolunu stimulyatorun neyron şəbəkəsi oynayır.

"Kombat-E" DÜUTS-in tərkibinə komandirlərin, döyüş maşınlarının ekipajlarının və fərdi döyüşçülərin çalışmalı olduğu çox sayda müxtəlif sistem və vasitələr daxildir. Bütün komponentlər həm Vahid Virtual Döyüş Sahəsi (VVDS) adlanan sistemin tərkibində, həm də kompleksin avtomatikası ilə qarşılıqlı əlaqə qurmaqla çalışır.

Stimulyatorun arxitekturası onun tətbiq olunmasının yüksək rahatlığını təmin edir. Eyni zamanda, həm bütün, həm də fərdi komponentlərdən istifadə etmək mümkündür. Bundan əlavə, konfiqurasiyanı miqyaslandırmaq və dəyişdirmək imkanı da mövcuddur. VVDS texnologiyasından xüsusi təlim tədbirlərini təşkil etmək üçün də istifadə edilə bilər.

Kompleksin son versiyalarında müasir avadanlıq və silah modelləri təqdim edilib. Pilotsuz uçuş aparatları və robot sistemləri də kompleksə inteqrasiya olunub. Əhəmiyyətli bir yenilik də kompleksə yeni təlim vasitələrinin, o cümlədən digər istehsalçıların məhsullarının nisbətən sadə inteqrasiyasının mümkünlüyüdür.

Müasir yanaşma

"Kombat"kompleksinin istifadəsi, poliqona getmədən müxtəlif təlim tədbirlərini keçirməyə, döyüş atışlarını təşkil etməyə və s. imkan verir. Bütün hallarda burada söhbət məşqlərin təşkilini sadələşdirməkdən və onların effektivliyini artırmaqdan gedir.

Stimulyatordan istifadə edilməsi ilk növbədə poliqonlara səyahət ehtiyacını azaldır. Həm də onun köməyi ilə təlim atəş məşğələlərində döyüş sursatının sərfiyyatını azaltmaq mümkündür. Zirehli texnikanın ekipajları və atıcılar tədris sinifində və ya stimulyatorda silahdan istifadə etmək üçün fürsət əldə edirlər və yalnız bundan sonra poliqonda real silahlardan istifadə edirlər.

Əvvəllər komandirlərin hazırlığı mövcud vasitələrdən istifadə etməklə aparılırdı. Döyüş ssenariləri xəritələr üzərində modelləşdirilirdi. "Kombat" isə eyni metodikanı kompüter texnologiyasından istifadə edərək yerinə yetirməyə imkan verir. Neyron şəbəkəli kompüter döyüş əməliyyatlarını fərqli faktor və dəyişən şərait ilə daha təsirli şəkildə modelləşdirir, bu isə təlim nəticələrini yüksəldir.

Taktiki stimulyatorun avtomatikası məşğələdə iştirak edənlərin fəaliyyəti barədə bütün məlumatları sonradan təhlil etmək üçün toplayır. Belə bir analizin nəticələrinə əsasən həm fərdi hərbçilər, həm də bölmələr üçün tövsiyələr formalaşdırılır. "Kombat" və təlimatçılar sonrakı təlimlər zamanı bölmələrin və ya fərdi hərbçilərin hansı məsələlərə diqqət yetirməli olduğunu müəyyənləşdirməyə də kömək edir.

"Kombat-E" kompleksi perspektivli silah və texnikalarının dizayn səviyyəsində və tətbiqi kontekstində öyrənmək üçün də istifadə edilə bilər. VVDS çərçivəsində yeni bir nümunənin sonrakı yoxlanılması ilə modelləşdirilməsi, onun optimal tətbiq üsullarının işlənib hazırlanmasına və bəzi çatışmazlıqların vaxtında aşkarlanmasına imkan yaradır. Bu mərhələnin nəticələri daha sonra real prototipləri sınaqdan keçirərək yoxlanıla və təsdiqlənə bilər.

Sinifdə və poliqonda

Döyüş uzlaşmasının taktiki stimulyatorundan istifadə digər təlim tədbirlərinə ehtiyac olduğunu istisna etmir. Döyüşçülər və komandirlər hələ də təcrübə və vərdişlərini sınaqdan keçirmək üçün VVDS-dən kənarda yerləşən real atəş və təlim poliqonlarına baş çəkməli olurlar.

"Kombat" kompleksinin əsas konsepsiyası həm şəxsi heyətin poliqona gedənə qədər həm lazımi bacarıqlara sahib olmasını, həm də döyüş hazırlığı tapşırıqlarını daha tez və daha keyfiyyətli yerinə yetirməsini təmin etməkdən ibarətdir.

Nəzərə almaq lazımdır ki, hətta ən qabaqcıl elektron sistemlər belə real hadisələri tam həcmdə təqlid və stimulyasiya edə bilməz. Real obyektlərin riyazi modelləşdirilməsi daim inkişaf etsə də, hələlik özünün müəyyən məhdudiyyətlərini qoruyur.

"Era" texnopolisi hesab edir ki, bu problemlər stimulyatorların emal gücünü daha da artırmaqla həll edilə bilər. Potensial olaraq perspektivli kvant kompüterlərinin inkişafı da yüksək dəyərləndirilir.

Bütün bunlarla bərabər vəziyyətin, silahların, avadanlıqların, ssenarilərin və s. ən uğurlu və mükəmməl modellərinin ortaya çıxması belə təlim poliqonlardakı məşğələlərdən tamamilə imtina etməyə imkan verməyəcək. Döyüşlər həmişə virtual döyüş meydanında aparılmır, buna görə də hərbçilər mütləq real döyüş şəraiti ilə yaxından və yerində tanış olmalıdırlar.

Gələcək ordu üçün

Son bir neçə il ərzində Rusiya ordusu sıravi və komandir heyəti hazırlamaq üçün son dərəcə rahat və effektiv kompleksdən fəal şəkildə istifadə edir. "Kombat" ümumqoşun stimulyatorları ailəsi təlim prosesini optimallaşdırmaqla yanaşı, digər xarakterik üstünlükləri də təmin edir.

Hazırda modernləşməsi aparılan "Kombat-E" kompleksinin geniş yayılacağı və döyüş effektivliyinin artmasına töhfə verəcəyi gözlənilir. Eyni zamanda ehtimal olunur ki, mövcud konsepsiyaya əsaslanan DÜUST-lər də gələcəkdə öz yerlərini qorusun. Proqram təminatının vaxtında yenilənməsi və fərdi komponentlərin dəyişdirilməsi, bu sistemlərin hələ uzun müddət mövcud tələblərə uyğun gəlməsini təmin edə bilər.

Yazı Ryabov Kirilin məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

"Kombat" döyüşçüləri hazırlayır və modernləşmə keçir - ARAŞDIRMA

2019/12/15722-6307654752.jpg
Oxunub: 2593     17:01     08 Yanvar 2020    