Həkimin yazdığı - Gecə görmə damcıları

2019/12/_1058-1576309845.jpg
Oxunub: 23253     10:32     17 Dekabr 2019    
Gündüz heyvanları

Təkamül insana yaxşı binokulyar görmə qabiliyyəti bəxş etsə də, gecə həyatı qabiliyyətindən məhrum etdi. Biz gecə yırtıcıları deyilik, gecə vaxtı refleksiv olaraq yatmaq istəyirik, buna görə də bayquş və pişik kimi böyük gözlərə ehtiyac duymuruq. Lakin insan nəhayətdə gecə ov ovlamağı öyrəndi. Lakin təkamül çox ləng bir prosesdir, həm də biz təbii seçmə qaydalarını tamamilə pozmuşuq... Ümumiyyətlə, bu problemlə yalnız beynin köməyi ilə bacarmaq olar.

Beləliklə, hər cür aktiv və passiv gecə görmə cihazları, eləcə də termal kameralar mövcuddur. Onların hamısı öz vəzifələrini öhdəsindən layiqincə gəlirlər, lakin onlar o qədər də ucuz deyil və hətta inkişaf etmiş dünyanın bir çox ölkəsi belə bir texniki möcüzəni təkbaşına inkişaf etdirməyə qadir deyil.


Alimlərin apardığı yeni araşdırmalar nəticəsində belə cihazlar qısa zamanda dövriyyədən çıxarıla bilər

Buna görə də, insanın görmə qabiliyyətini "pişik" qabiliyyətinə çevirə biləcək sadə və ucuz bir vasitə həmişə trenddə olacaq. Ağla gələn ilk şey, göz bəbəyini süni şəkildə maksimum genişləndirməklə gözün əsas fotosensitiv reseptorlarının daha çox gecə işıqlandırması əldə etməsi olur. Hətta bunun üçün bir vasitə də mövcuddur - atropin. Lakin atropin altındakı bəbək, təkrar balacalaşaraq əvvəlki vəziyyətinə dönmək istəmir, bu isə göz dibinə parlaq işığın zərər verməsi ilə nəticələnir. Gecə görmə qabiliyyətinin tibbi yaxşılaşdırılması üçün başqa bir seçim olaraq "xlorin e6" maddəsi şərti olaraq nəzərdən keçirilə bilər. Niyə şərti olaraq? Çünki hər bir ağıllı adam bilir ki, gözlərinizə hər hansı bir sınanmayan kimyəvi maddə tökmək, mürəkkəb fəsadlara səbəb ola bilər.

Lakin ABŞ-da "Science for Masses" (Kütlələr üçün Elm) və ya özlərini biohakerlər qrupu adlandıranlar, 2015-ci ildə könüllü olaraq belə bir sınaq keçirməyə cəsarət etdilər. Yeri gəlmişkən, qürurla özlərini başqa bir adla - müstəqil alimlər də adlandırırlar. Təcrübə çərçivəsində onlar könüllülərdən birinin hər gözünə xərçəng və gecə görmə pozğunluğunu müalicə etmək üçün istifadə edilən "xlorin e6" məhlulundan üç dəfəyə 50 mkl tökdülər. Əslində burada fundamental bir nou-hau yoxdur - dərman əvvəllər belə terapevtik məqsədlər üçün istifadə olunurdu. Lakin müstəqil alimlər buna baxmayaraq bəzi yeniliklər etdilər.




"Kütlələr üçün elm" komandasının müstəqil tədqiqatçılarının təcrübə kursu

Parlaq işıqdan qorunmaq üçün sınağa cəlb edilən tünd linzalar aldı və gözlərini işıqdan qoruyan eynəklərlə bağladı. İlk təcrübələr insan gözü üçün unikal gecə görmə qabiliyyətlərini göstərdi. Tam qaranlıqda (əlbəttə ki, insan üçün) sınanan 10 metr məsafədə bir fiquru ayırd etdi, meşədəki "aylı gecə" rejimində isə o, insanları 100 metr məsafədə görə bildi. Effekt bir neçə saat davam etdi, bundan sonra heç bir mənfi təsir olmadı, bu, bəlkə də müstəqil tədqiqatçıların əsas uğuru hesab edilə bilər.

Xlor damlalarının çoxdan gözlənilən gecə görmə qabiliyyətindən danışmaq hələ tezdir. Əvvəlcə digər sınaqdan keçiriləcək insanların gözlərinin bu məhlula necə reaksiya verəcəyi məlum deyil, çünki sınaq yalnız bir nəfər üzərində aparılıb. İkincisi, dərmanın müntəzəm və ya təsadüfi istifadəsinin uzunmüddətli təsiri də hələ məlum deyil. Və nəhayət, üçüncüsü. Deyək ki, xlorinin praktik istifadə üçün təsirli bir vasitə olduğunu sübut etdi, bəs göz qəfil parlaq işığa necə reaksiya verəcək? Məsələn, atıcı silahların...? Bəbək xlorinlə "istiləşən" göz dibini qorumaq üçün vacib olan ölçüyə qədər dərhal kiçilməyə çatdıracaqmı? Ümumiyyətlə, bu cür elmi kəşflərə verilən cavablardan daha çox suallar mövcuddur.

İncə tənzimləmə

Massaçuçets Universitetinin Tibb Məktəbinin və Çin Elm və Texnologiya Universitetinin tədqiqatçıları gecə görmə qabiliyyətinin tibbi ağırlaşması məsələsinə daha peşəkarcasına yanaşdılar. 2019-cu ilin əvvəlində infraqırmızı spektri mavi rəngə çevirə bilən nanohissəciklər hazırlandı. Əslində, bu, layihənin əsas ideyasıdır - görmə qabiliyyətimizi başqa, əvvəllər görünməyən infraqırmızı diapazon ilə yenidən tənzimləmək. Və burada gözün qaranlıqda parlaq işığa "məruz qalması" ilə bağlı hər cür narahatlıq yox olur - refleks sistemi adi "mülki" rejimdə onun öhdəsindən gəlir. Diqqəti çəkən odur ki, nanomühəndislər enerji çevrilməsini artırmaqda çətin bir işlə də üzləşiblər. Sıradan bir laboratoriyada çalışan nanohissəcik qura bilməzsiniz, lakin burada əlavə olaraq ona bir neçə enerjili zəif infraqırmızı IR fotonu daha güclü "mavi" fotona çevirməyi də öyrətməlisiniz. Beləliklə, önümüzdə klassik gecə görmə cihazlarından tipik bir elektron-optik çeviricisi peyda olur. Yeri gəlmişkən, sonrakı sınaqlarda nanohissəciklər bir az da nizamlandı və onlar infraqımızı IR şüaları yaşıl işığa çevirməyi də öyrəndilər. Məməlilər də məhz yaşıl rəngə qarşı böyük həssaslığa malikdir.


İnfraqırmızı görmə üçün incə düzəlişdən sonra göz dibi belə görünür. Xüsusi zülalların göz reseptorlarına bağlandığı nanohissəciklər ağ rənglə vurğulanır

Müstəqil biohaker alimlərindən fərqli olaraq Massaçuçetsdəki təbiətşünaslar yeniliyi dərhal insanlarda yox, əvvəlcə siçanlarda sınadılar. Təcrübəyə məruz qalan heyvanlara nanohissəciklərə malik məhlul vurduqdan sonra onlar bir neçə həftə ərzində normal görmə qabiliyyətini itirmədən, yaxın infraqırmızı bölgədə ətraf mühiti görmək imkanı əldə etdilər. Əvvəlcə elektroansefaloqramlardan istifadə edən tədqiqatçılar infraqırmızı şüaların siçanların göz dibi reseptorlarının reaksiyasına səbəb olduğunu sübut etdilər. Mürəkkəb davranış sınaqları siçanların əvvəllər görünməyən işığa reaksiya verdiklərini və hətta onun köməyi ilə proqnozlaşdırılan fiqurları ayırd edə bildiklərini ortaya qoydu. Bu günə qədər yan təsirlər arasında yalnız kataraktanın müvəqqəti bir bulanması qeydə alınıb, lakin tədqiqatçılar bunun əhəmiyyətsiz olduğunu düşünürlər.

Massaçuçets tədqiqatçılarının bir qrupunun nanohissəciklərlə bağlı qazandığı uğurlar haqqında eyforiyasını arxa plana atsanız, məlum olur ki, okeanın o tərəfində hərbi əməliyyatların xarakterini əhəmiyyətli dərəcədə dəyişdirə biləcək yeni bir vasitə hazırlanıb. Deməli insanlar bir tərəfdən iri həcmli gecə görmə cihazlarını əvəz etmək üçün uzunmüddətli vasitələr, digər tərəfdən isə insan gözünə qıcıqlandırıcı təsir göstərən fərqli bir kanal əldə edəcək. Gözün tor reseptorlarının əhəmiyyətli bir hissəsinin infraqırmızı görmə ilə tənzimlənəcəyini nəzərə alsaq, adi gözün itiliyi və "qətnaməsi" qaçılmaz şəkildə azalacaq. Hərbi mütəxəssislər bütün bu amillərdən şübhəsiz ki, yararlanacaqlar. Necə deyərlər, hər hərəkətin mütləq öz əks təsiri də olacaq. Buna görə də bu cür texnologiyaların tətbiqini tibb mütəxəssislərinin ixtiyarına buraxmaq daha yaxşı olardı.

Yazı Yevgeni Fedorovun məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin