Pentaqon rəhbəri: “KXDR-lə danışıqlar üçün Cənubi Koreya ilə ortaq təlimləri ləğv etmək mümkdünür”

2019/11/nz_es-1573718326.jpg
Oxunub: 14905     12:00     14 Noyabr 2019    
“ABŞ-ın Cənubi Koreya ilə etdiyi hərbi təlimləri nüvə silahına malik Şimali Koreya ilə danışıqlara kömək üçün ləğv etmək mümkündür”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Mark Esper Seula gedərkən bildirib.

O qeyd edib ki, hər şeydən əvvəl diplomatiyanın tərəfdarıdır və Şimali Koreya ilə diplomatik dillə danışmaq üçün təlimlər dayandırıla bilər.

Qeyd edək ki, Şimali Koreya bir neçə dəfə sözügedən təlimlərin Koreya yarımadasında gərginliyin artmasına xidmət edəcəyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ   Danışıqlar  


Bizi "telegram"da izləyin