Sabah Albert Aqarunovun heykəlinin açılışı olacaq

2019/09/965d6-1567512046.jpg
Oxunub: 30472     11:28     14 Noyabr 2019    
Sabah Milli Qəhrəman Albert Aqarunovun şərəfinə ucaldılan abidənin rəsmi açılış mərasimi olacaq.

Ordu.az Azvision.az-a istinadən xəbər verir ki, açılışda Prezident Administrasiyasının, Gənclər və İdman Nazirliyinin, Müdafiə Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları, İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev və digər qonaqlar iştirak edəcəklər.

Qeyd edək ki, heykəl Nərimanov rayonunda Milli Qəhrəmanın adına olan küçədə ucaldılıb Heykəlin kompozisiyası tanınmış heykəltaraş Ömər Eldarova məxsusdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Albert-Aqarunov   Heykəl  


Bizi "telegram"da izləyin