Ali Hərbi Məktəbdə treninq keçirilir

2019/11/1573665074.jpg
Oxunub: 6929     18:50     13 Noyabr 2019    
Silahlı Qüvvələrin hərbi təhsil sisteminin inkişafına yardım üzrə NATO-Azərbaycan Birgə Fəaliyyət Planına uyğun olaraq, Müdafiə Təhsilinin genişləndirilməsi Proqramı çərçivəsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində professor və müəllim heyəti ilə treninq keçirilir.

Müdafiə Nazirliyindən Ordu.az -a verilən məlumata görə, Ali Hərbi Məktəbdə xarici dillər üzrə ixtisaslaşan mütəxəssislər üçün təşkil olunan “Peşəkar hərbi təhsil üzrə aktiv öyrənmə” adlı treninqdə NATO-nun müvafiq mərkəzlərində tətbiq edilən müasir tədris sistemi haqqında məlumat verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Treninq noyabrın 15-dək davam edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ordu  


Bizi "telegram"da izləyin