Əməliyyat təlimi çərçivəsində Naxçıvan Qarnizonu qoşunlarının fəaliyyətləri davam edir - VİDEO
Oxunub: 15927
18:49
13 Noyabr 2019
Təlim çərçivəsində qoşunların səfərbərlik ehtiyatları ilə komlektləşdirilməsi üçün şəxsi heyət və texnikanın qəbulu məntəqələri tam həcmdə açılaraq praktiki fəaliyyət göstərib. Məntəqələrdə şəxsi heyət silah və maddi vəsaitlərlə təmin edilərək müxtəlif nəqliyyat vasitələri ilə birləşmə və hissələrin cəmləşmə rayonlarına çıxarılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, hərbi qərarqəbuletmə prosesinə uyğun olaraq əsas komanda məntəqəsində keçirilən brifinqdə Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı idarə və qoşun növü rəislərinin məruzələrini dinləyib, qərarın qəbulu üçün lazımi hesabatların aparılmasına və əlavə tədbirlərin görülməsinə göstəriş verib.