Tonoyan məşhur 23 fevral müşavirəsində iştirak edib, lakin iş üzrə dindirilməyib

2019/10/20895-1572253372.jpg
Oxunub: 31888     14:34     14 Noyabr 2019    
Ermənistan Prokurorluğu iş üzrə tam istintaqın həyata keçirilməsi üçün ardıcıl olmalı olduğundan, fevralın 23-də (söhbət 2008-ci ilin 23 fevralından gedir-red.) baş vermiş müşavirə anlaşılmaz olaraq qalır. Nə üçün bütün şəxslər sorğulanmayıb?

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın ikinci prezidenti Robert Köçəryan və digərlərinin işi üzrə növbəti məhkəmə iclasının başa çatmasından sonra jurnalistlərə açıqlamasında Köçəryanın müdafiəçisi Hovhannes Xudoyan bildirib.

Onun sözlərinə görə, müşavirədən çəkilən və mətbuatda yayımlanan şəkillərdə Davit Tonoyan və ya onunla 100 % eynilikdə olan şəxsin üzü açıq şəkildə görünür.

“Əgər Tonoyan dindirilibsə, o zaman nə üçün dindirilmə materialları vəkillərə verilməyib? Əgər verilməyibsə, onda nə üçün dindirilib? İş üzrə tam istintaq aparılmayıb, birmənalı olaraq bunu israr edirik və bu, prokurorluğun ən böyük günahıdır”, - deyə vəkil qeyd edib.

O bildirib ki, iş materiallarında, onlara ötürülmüş materiallarda Davit Tonoyanın ifadəsi yoxdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tonoyan   23-fevral   İstintaq  


Bizi "telegram"da izləyin