Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə noyabrın 11-də jurnalistlərə açıqlamasında Ermənistanın Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryan bildirib.
Ermənistan Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır, vəssalam” və “Qarabağ, Ermənistan və Azərbaycan üçün məqbul olacaq həll tapmaq lazımdır” təxribatçı bəyanatlarına gəlincə, İskəndəryan qeyd edib ki, bunlar adi siyasi ritorika məntiqində yerləşib.
“Bəli, bu, siyasi ritorikadır. Hər bir siyasi xadim kimi Nikol Paşinyan da fərqli qruplara əsaslanır və müxtəlif dialoqlar aparır. O deyir ki, Azərbaycanla danışıqlar davam etdirilməlidir, bundan sonra qarabağlılar özləri öz taleyinə qərar verməlidir. Daha sonra o, deyir ki, “Qarabağ Ermənistandır vəssalam”. Müxtəlif kütlələrlə işləyir və hər zaman belə olub. Əlbəttə ki, o, “Qarabağ Ermənistandır, vəssalam” deyən ilk adam deyil. Paşinyanın dedikləri davam edəcək siyasətin komponentidir. Digər bir məsələ budur ki, hazırkı vəziyyətdə Ermənistan, Qarabağ (qondarma qurum-red.), Azərbaycan və onların cəmiyyətləri üçün məqbul olacaq hər hansı bir həll yoxdur. Əgər apokaliptik ssenarilər olmasa, münaqişəni kompromis yolu ilə həll etmək mümkündür”, - deyə erməni politoloq bildirib.
Paşinyanın Qarabağı danışıqlar masasına daxil etməklə bağlı bəyanatına toxunan İskandaryan qeyd edib ki, bu gün belə bir imkan yoxdur, çünki Azərbaycanın bununla razılaşmasına heç bir səbəb yoxdur, Azərbaycanın razılığı olmadan isə bu, mümkünsüzdür.
Alpər Mövludoğlu
Ordu.az