Erməni diplomat: “Ermənistan XİN-in reformasiyaya ehtiyacı var”

2019/10/00-95-3144517288.jpg
Oxunub: 20724     11:33     29 Oktyabr 2019    
“Mnatsakanyan müsahibəsində bəzi yanlışlıqlara yol verib. Mnatsakanyan hücumdan çox müdafiə olunurdu, əksinə olmalı idi”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni diplomat Arman Navasardyan Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın BBC-yə verdiyi müsahibəsinə toxunarkən bildirib.

Navasardyan Mnatsakanyanın Qarabağda 150 min erməninin yaşaması ilə bağlı bəyanatını yanlış bəyanat kimi qiymətləndirib.

““Qarabağ 150 min erməninin yaşadığı bir ərazidir” ifadəsi kobud səhv idi. Əlbəttə, bu, heç vaxt yol verilməyəcək siyasi səhv idi... Mnatsakanyan burada düzgün yönəlməli idi”,- deyə o bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə Ermənistanın xarici siyasəti uğurlu deyil və yenidən nəzərdən keçirilməyə ehtiyacı var, lakin yenilənmə də sistemli şəkildə olmalıdır.

Navasardyan əlavə edib ki, Ermənistan XİN-in reformasiyaya ehtiyacı var.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ  


Bizi "telegram"da izləyin