Ermənistan MN ölən əsgərlərin valideynlərini aldadır: “Sanki başımıza qaynar su tökdülər”

2018/03/18_03_01_1519896198_151989947124_1520267710.jpg
Oxunub: 885     11:08     29 Oktyabr 2019    
Ermənistanın Araqatsotn vilayətinin Ohanavan kənd sakinləri, Armen və Hripsime Levonyanlar artıq bir aydır onların oğlu, 3 ay sonra tərxis olunmalı olan 20 yaşlı Arman Levonyanın daha onlarla olmayacağı fikri ilə barışa bilmirlər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Levonyanın anası Hripsime oğlunun ölümü haqqında bir sıra detalları açıqlayıb.

O bildirib ki, oğlu öldüyü gün komandir onlara bildirib ki, onların övladı böyük ehtimalla intihar edib.

“Sanki başımıza qaynar su tökdülər. Həm biz, həm də bütün kənd məhz ilk andan bu nağıla inanmadıq. Cinayət şübhəsi ilə 2 nəfəri Meğri hərbi hissəsindən Talış hərbi hissəsinə göndərilmiş Ararat vilayət sakini Qarnik Mxitaryanı və İrəvan sakini Harutyun Ağasyanı həbs ediblər. Lakin bu, bizi qane etmir. Taleyüklü atışma günündən əvvəl bir neçə şəxs arasında mübahisə olub, bundan əvvəl isə sentyabrın 27-də də mübahisə olub və cavabdeh zabit heç bir nəticə çıxarmayıb”, - deyə ölmüş hərbi qulluqçunun anası qeyd edib.

Onun sözlərinə görə, hərbi qulluqçunun ölümündən bir müddət sonra onlara bildirilib ki, uşaq ya diversiya nəticəsində ölüb, ya da intihar edib.

“Müdafiə Nazirliyinin mətbuat katibinin sözçüsü Artsrun Hovhannisyan da hadisədən sonra hansısa əlaqəsiz bir bəyanat yaydı və Müdafiə Nazirliyi bununla kifayətləndi”, - deyə erməni hərbi qulluqçunun anası etiraz edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ölüm   Ciinayət  

Ermənistan MN ölən əsgərlərin valideynlərini aldadır: “Sanki başımıza qaynar su tökdülər”

2018/03/18_03_01_1519896198_151989947124_1520267710.jpg
Oxunub: 886     11:08     29 Oktyabr 2019    