Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Robert Gevondyan Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın BBC-yə verdiyi müsahibəyə toxunarkən deyib.

O bildirib ki, ilk baxışdan, məsələn, Ermənistanın təhlükəsizliyi ilə bağlı məsələdə olduqca "düzgün" müşahidələr olsa da, Qarabağ münaqişəsinə gəldikdə, Mnatsakanyanın sözləri kifayət qədər qəribədir.
"Jurnalist deyir ki, erməni qüvvələri insan hüquqlarının pozulmasına gətirib çıxarıb, lakin Xarici İşlər naziri tərəfindən əks cavab yoxdur. Belə təəssürat yaranır ki, Xarici İşlər Nazirliyi daim yayınır, qorxulu cavablar verirdi və bu, yeni Ermənistan şəraitində o qədər də anlaşılan deyil", - deyə o bildirib.
Gevondyanın sözlərinə görə, buradan Ermənistanın Xarici İşlər nazirinin jurnalistin suallarına hazır olmaması barədə doğru təəssürat yaranır.
"Əgər biz konkret olaraq Qarabağ məsələsində bu cür yayındırıcı danışıqırıqsa, maraqlarımızı nümayiş etdirmiriksə, bu, problemdir", - deyə erməni politoloq bildirib.
Alpər Mövludoğlu
Ordu.az