Erməni analitik: “Xidmətdə olmayan şəxslər tərəfindən zabitlərin sorğu-suallara cəlb olunması nə dərəcədə düzgündür”

2019/08/banak-1565340175.jpg
Oxunub: 9770     15:30     28 Oktyabr 2019    
“Ermənistan parlamentində Aprel döyüşlərini araşdıran komissiya tərəfindən hərbçilərin sorğu-sual edilməsi, onların böyük siyasi hesablaşma oyunlarına cəlb edilməsi hər saniyə müharibə əməliyyatlarının yenidən başlaya biləcəyi bir ölkədə nə dərəcədə düzgündür?”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni şərhçi Roza Mikaelyan bildirib.

O qeyd edib ki, ordudan, xidmətdən uzaq, ümumiyyətlə taktiki incəliklərə sahib olmayan şəxslər tərəfindən cəbhədə xidmət edən zabitlərin daim sorğu-suallara “cəlb olunması” nə dərəcədə düzgündür?

“Bu, ilk növbədə çətin şəraitdə öz xidməti vəzifəsini yerinə yetirən hərbçilərə qarşı hörmətsizlikdir, elə deyil?”, - deyə Mikaelyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aprel-döyüşləri   İstintaq  


Bizi "telegram"da izləyin