Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim, “Milli Gündəm” partiyasının həmtəsisçisi Avetik Çalabyan Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyanın BBC-yə müsahibəsi ilə bağlı “Facebook” səhifəsində bildirib.

Onun sözlərinə görə, Ermənistanın xarici siyasəti olduqca uğursuzdur və ən qısa zamanda Mnatsakanyan vəzifəsindən uzaqlaşdırılmalıdır.
“Bir çoxunuz artıq Xarici İşlər naziri Zohrab Mnatsakanyanın BBC-nin jurnalisti Stiven Sakurla bədnam müsahibəsini dinləmisiniz və ya ən azından reaksiyaları görmüsünüz. İndi təəccüb edirsiniz ki, Xarici İşlər nazirimiz cəmi bir yaxşı hazırlamış jurnalistin qarşısında necə bu qədər məzlum və köməksiz vəziyyətdə çıxış edə bilər. Bu münasibətlə cəmi bir neçə sadə sual səsləndirmək istəyirəm.
Nə üçün Baş nazir Paşinyan iki həftə fərqlə bir yerdə “Qarabağ Ermənistandır, vəssalam” deyir, başqa bir yerdə isə “Dağlıq Qarabağ məsələsi Azərbaycan xalqının da razılığı ilə həll edilməlidir” bildirir? Bununla da sözün əsl mənasında bütün dövlət rəsmilərini bu açıq-aydın ziddiyəti izah etmək üçün absurd zərurət qarşısında qoyur, rəqibə və hətta vasitəçilərə bizi prinsipsiz olmaqda ittiham etməyə fürsət verir.
Və nəhayət, nə üçün son zamanlar Minsk qrupunun vasitəçi ölkələri müxtəlif borularla Ermənistan hakimiyyətinə qarşı öz narazılıqlarını bildirirlər və onu qeyri-konstruktiv olmaqda ittiham edirlər?”, - deyə Çalabyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az