Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sərhəd qoşunlarının xidmətçisi öz rəhbərinə qeyd edilən sərhəd-keçid məntəqəsindən naməlum şəxs atla Ermənistan dövlət sərhədini keçdiyini və bir müddət sonra atın üzərində heç kim olmadan geri qayıtdığını bildirib.
Faktla bağlı müvafiq strukturlar istintaqa başlayıb.
Alpər Mövludoğlu
Ordu.az