Tonoyan “27 Oktyabr” terrorçusu ilə bağlı suallardan yayınıb

2019/10/20895-1572253372.jpg
Oxunub: 15521     13:30     28 Oktyabr 2019    
““27 Oktyabr” işi üzrə məhkum olunmuş şəxslər var və işin istintaqı başa çatıb. Zamanla yeni faktlar ortaya çıxsa, işdə dəyişikliklər ola bilər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu oktyabrın 27-də jurnalistlərlə söhbəti zamanı Ermənistan Müdafiə naziri Davit Tonoyan bildirib.

O qeyd edib ki, 30-40 il sonra ortaya çıxan cinayətlər olur və “27 Oktyabr” hadisəsinin aşkara çıxarılmaması mümkünsüzdür.

“Mən ilk maraqlananlardan biriyəm və istəyirəm ki, 27 oktyabr hadisəsi üzə çıxarılmayıbsa, üzə çıxarılsın. Əgər işdə aşkar olunmamış hallar varsa, o zaman onlar da aşkar olunacaq”, - deyə Tonoyan bildirib.

Jurnalistlərin Nairi Hunanyanın vaxtından əvvəl azadlığa çıxması ilə bağlı sualına Tonoyan münasibət bildirmək istəməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tonoyan   27-Oktyabr  


Bizi "telegram"da izləyin