Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Erməmistan Müdafiə naziri Davit Tonoyan bildirib.
O qeyd edib ki, Komissiya bütün zəruri sənədlərlə təmin edilir.
“Müdafiə Nazirliyinin əməkdaşları bu işlərdə iştirak edir. Əgər məni dəvət etsələr, gedəcəm”, - deyə Tonoyan bildirib.
Onun sözlərinə görə, komissiyanın işindən cəmiyyət arasında Aprel döyüşləri ilə bağlı şayiələrin aradan qaldırılmasını gözləyir.
“Mən Aprel müharibəsi zamanı Ermənistan tərəfindən sui-qəsdçi əməliyyatları istisna edirəm”, - deyə erməni nazir bildirib.
Qeyd edək ki, 2016-cı ilin aprelin 1-dən 2-nə keçən gecə Azərbaycanın mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalıb.
İşğalçı ordunun atəşkəs rejimini və beynəlxalq hüquq normalarının tələblərini kobud şəkildə pozaraq Azərbaycanın cəbhəboyu ərazilərində, əsasən Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarında yerləşən yaşayış məntəqələrini və mülki obyektləri iri çaplı silahlardan, mina və qumbaraatanlardan, artileriya qurğularından intensiv atəşə tutmaları nəticəsində 6 nəfər mülki şəxs həlak olub, 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, artileriya qurğularından atılmış mərmi zərbələri nəticəsində vətəndaşların 641 yaşayış evinə və 22 sosial obyektə ziyan dəyib və ya onlar dağıdılaraq tam yararsız hala salınıb.
Erməni təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.
Alpər Mövludoğlu
Ordu.az