Erməni hərbi təşkilat rəhbəri: ““Yerkrapah” təmizlənməlidir”

2019/10/40007-1572246495.jpg
Oxunub: 25243     11:38     28 Oktyabr 2019    
“Bu cür formalaşdırılan “Yerkrapah”dan bir çox insan çıxmalıdır, çünki “Yerkrapah” təmizlənməlidir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu oktyabrın 27-də “Yerkrapah” hərbi təşkilatının sədri Sasun Mikayelyan deyib.

O qeyd edib ki, həm Erməni Ümumilli Hərəkatı, həm Robert Köçəryan, həm də Serj Sarkisyan dövründə “Yerkrapah”a qarşı hər zaman təzyiqlər olub, qurtulmaq istəyiblər, lakin indi mümkün deyil, indi nisbi sakitlikdir.

Xatırladaq ki, bir neçə gün bundan öncə “Yerkrapah” hərbi təşkilatının “Mərkəz” bölməsi rəhbəri seçkiləri zamanı bir qrup “yerkrapahçı” seçkiləri boykot edib və üzvlük vəziqələrini təhvil verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yerkrapah   Ermənistan  


Bizi "telegram"da izləyin