Azərbaycan Ordusunda “Ən yaxşı mühəndis şəhərciyi” müsabiqəsi keçirilir - VİDEO

2019/10/54329-9433443126.jpg
Oxunub: 15963     16:28     26 Oktyabr 2019    
Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin hazırlıq planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı mühəndis şəhərciyi” adlı müsabiqəyə start verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, müsabiqədə mühəndis qoşunlarının, xüsusilə cəbhə bölgəsində yerləşən hissə və bölmələrin hazırlığı yoxlanılır.


Əsas məqsəd mühəndis hazırlığının yüksək səviyyədə təşkili və yerinə yetirilməsini təmin etmək, şəxsi heyətin mühəndis təminatı tapşırıqlarını mürəkkəb və çətin döyüş şəraitində, ərazinin relyefinə uyğun yerinə yetirilməsi vərdişlərini təkmilləşdirməkdən ibarətdir.

Qaliblər müsabiqənin yekun nəticələrinə əsasən müəyyən ediləcək.
















Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   Mühəndis  


Bizi "telegram"da izləyin