Ordu.az xəbər verir ki, bunu erməni politoloq Andranik Tevanyan öz “Facebook” səhifəsində bildirib.
O qeyd edib ki, nazirin verdiyi cavablar asimmetrik və qeyri-adekvat idi.
“Ən təhlükəlisi odur ki, nazir Paşinyanın yanlış bəyanatlarını düzəltməyə və beynəlxalq mətbuatda mövqeyimizi aydınlaşdırmağa çalışdı. Əliyev “Qarabağ Azərbaycandır və nida işarəsi” variantı ilə danışır, Mnatsakanyan isə müsahibəsi zamanı Qarabağın statusu və təhlükəsizliyi haqqında bildirir. Əliyev Naxçıvanla quru əlaqəsinin yaradılması haqqında danışır, Mnatsakanyan isə Paşinyanın dediyini təkrar edərək bildirir ki, münaqişənin həll variantı Azərbaycan xalqını da təmin etməlidir”, - deyə erməni politoloq bildirib.
Alpər Mövludoğlu
Ordu.az