Hərbi hissəni özbaşına tərk edən erməni hərbi qulluqçu barədə DETALLAR

2019/05/156za-1558073973.jpg
Oxunub: 722     17:19     26 Oktyabr 2019    
Oktyabrın 24-də bildirildi ki, hərbi xidmətdə olan şəxs 5 gündür ki, Ermənistanın Sünik vilayətinin Qafan bölgəsindəki hərbi hissəni özbaşına tərk edib və bu barədə hələlik heç bir məlumat yoxdur. Məlumatın hərbçinin qohumu tərəfindən daxil olduğu qeyd edilib.

Materialda əsgərin Vanadzorda qeydiyyatda olduğu bildirildiyi üçün Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisi yerli hərbi komissarlıq ilə əlaqə saxlayaraq, belə bir məlumat olduğunu bildirib və hadisənin təfərrüatlarını yoxlamaq üçün hər hansı telefon nömrəsinin verilməsini xahiş edib.

İnsan hüquqları müdafiəçiləri S.Karen adlı hərbçinin anası, xanım Anahit və hərbçinin bacısı ilə əlaqə saxlayıblar. Onlar bildirib ki, hazırda əsgər xidmət etdiyi hərbi hissədədir. Məlumata görə, onların oğlu 2019-cu ilin 7 iyul tarixində səhhətində problemlər olmasına baxmayaraq hərbi xidmətə aparılıb. Səhhətində yaranan həmin problemlərə görə, əvvəllər iki dəfə möhlət hüuqu verildiyini qeyd ediblər.

Ancaq heç bir müalicə olmadan (ana oğlunun xəstəliyinin sağalmaz olduğunu bildirib) S.Karen orduya çağırılıb. Anasının sözlərinə görə, xidmətə başladığı ilk gündən sağlamlıq problemləri səbəbiylə komandirləri ilə münasibətlərində də problemlərinin olduğunu (valideynlərinə bu barədə hərbi polis əməkdaşları bildirib), komandirlər əsgərin hər hansı bir sağlamlıq probleminin olduğuna inanmadıqlarını və “simulyasiya etməkdə” günahlandırıldığı məlum olub. Vaxtaşırı xəstəxanaya yerləşdirilsə də, başqa bir sağlamlıq probleminə görə əməliyyat keçirsə də onun səhhətində problemin olmasına inanmayıblar. Oktyabrın 19-da yenidən əsgər hərbi hissədən İrəvan Mərkəzi Hərbi hospitalına köçürülüb.

Fərari erməni əsgərin bacısının sözlərinə görə, hərbi hospitalda qardaşına lazımi səviyyədə tibbi yardım göstərilməyib. Bu cür münasibətlə qarşılaşan əsgər müayinənin nəticəsini gözləmədən hərbi hospitalı tərk edərək, İrəvanda yaşayan qohumlarından birinin evinə gedib. Lakin, qohumları elə həmin gün əsgəri hərbi hospitala aparıblar.

Oradan da Müdafiə Nazirliyinin müvafiq əməkdaşları Vardenisdəki hərbi hospitala, daha sonra hərbi hissəyə aparıblar. Anasının sözlərinə görə, əsgəri müalicə və müayinə olunmadan cəza olaraq hərbi hissəyə qaytarıblar. Hazırda əsgər S.Karen hərbi hissədədir.

Onun səhhətindəki problemlər qalmaqda davam edir. Xüsusilə həzm prosesində, burnundan və ağzından mütəmadi olaraq qan açılması problemləri olduğu qeyd edilir. Bildirilir ki, əsgər daim bundan əziyyət çəkib.

Bundan əlavə, bu barədə məqalə dərc edildikdən dərhal sonra Q.Şamşyan bildirib ki, əsgər S.Karen və məqalədə qeyd edilən hərbi qulluqçular fərqli şəxslərdir. Q.Şamşyanın dediklərinə görə, məqalədə qeyd edilənlər reallığa uyğundur, həmin hərbi qulluqçunu axtarmaqda davam edirlər.

Məlumata görə, Sünik vilayətinin Kafan şəhərində yerləşən Müdafiə Nazirliyinin “N” nömrəli hərbi hissəsinin əsgəri artıq 5 gündür ki, hərbi hissəni özbaşına tərk edib və bu günə qədər heç bir xəbər yoxdur. Bu barədə hərbi hissəni özbaşına tərk edən əsgərin qohumu Q.Knarik məlumat verərək, əsgər övladlarının tapılmasına kömək etməyi xahiş edib.

“Oğlumuz 9 aydır hərbi xidmət edirdi, heç vaxt xidmətdən narazılığı olmayıb. Uşaq hərbi hissəni 5 gündür ki, özbaşına tərk edib”, - deyə o bildirib.

Qohumunun sözlərinə görə, ailə üzvləri hər gün Müdafiə Nazirliyinin Hərbi polisinin mərkəzi aparatının əməkdaşları, Qafan, Vanadzor və İrəvan hərbi polis əməkdaşları, həmçinin digər hüquq mühafizə orqanlarının əməkdaşları ilə əlaqə saxlayırlar. Onlar bildirir ki, hələlik əsgərin yeri barədə heç bir məlumat yoxdur.

“Bəs bu əsgər iynə deyil ki, düşüb itsin. Hərbi hissə komandanlığı bizə deyir ki, əsgər divardan hoppanıb və hərbi hissəni tərk edib. Guya əsgər hərbi hissəni tərk etməyə icazə alıb, komandanlıq qadağan edib, buna görə də əsgər hərbi hissəni özbaşına tərk edib. Hərbi hissə əsgərin nə zaman yoxa çıxdığnı aşkar etdiyini isə bilmirəm. Bundan sonra hərbi hissə və hərbi polis, İrəvanda, Vanadzorda əsgərin axtarışına başlayıb. Hələlik heç bir irəliləyiş yoxdur”, - deyə əsgərin qohumları bildirib.

Onlar qeyd edib ki, əsgərin bu hərəkətinə nəyin səbəb olduğunu bilmirlər.

“Əsgərimiz çox normal hərbi xidmət edən olub. İstənilən halda indiyədək heç bir problemdən xəbərdar olmamışıq, ancaq indi niyə və hansı səbəbdən hərbi hissədən çıxdığını bilmirik. Cari ilin iyul ayında nümunəvi xidmətinə görə məzuniyyətə gəlmişdi. Hərbi hissədən, əsgər yoldaşlarından, komandir heyətindən çox razı idi. İtkin düşdüyü ilk gün zəng etmişdi, yenə də razı idi, amma niyə belə bir şey etməsi, bizim üçün müəmma olaraq qalır. Xahiş edirik, məsul qurunmlar onu tapmaq üçün mümkün olan hər bir şey etsinlər”, - deyə əsgərin qohumları bildirib.

Fotomüxbir Qaqik Şamşyan qeyd etdiyi kimi, hərbi hissə komandanlığı əsgərin hərbi hissəni özbaşına tərk etdiyini bildiyi ilk gündən əsgər Vanadzorda qeydiyyatda olsa da, İrəvanda yaşadığına görə onun tapılması işinə Müdafiə Nazirliyinin Hərbi polisinin Qafan, Vanadzor və İrəvan şöbələrinin əməkdaşları da cəlb edilib.

Əsgərin axtarışı əməliyyatlarına nəzarəti Müdafiə Nazirliyinin Hərbi polisinin rəisi öz üzərinə götürüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Zorakılıq   Fərarilik  

Hərbi hissəni özbaşına tərk edən erməni hərbi qulluqçu barədə DETALLAR

2019/05/156za-1558073973.jpg
Oxunub: 723     17:19     26 Oktyabr 2019    