Erməni komandirlər niyə narahatdır?

2019/08/grani-1566469745.jpg
Oxunub: 6605     10:43     28 Oktyabr 2019    
Ötən gün mətbuatda Ermənistanda Aprel döyüşlərini araşdıran parlament komissiyasının fəaliyyətinin ordunun zabit heyəti, xüsusilə cəbhə bölgəsindəki erməni komandirlərin narahatlığına səbəb olduğuna dair məlumat yayılıb. Pərdəarxası bundan ibarətdir ki, guya komissiya sözdə günahkarları axtarır.

Eyni zamanda, komissiya rəhbəri və iştirakçıları, günahkar axtarmağın onların işi olmadığını, nəyin baş verdiyini, hansı səhvlərə yol verildiyini və hansı nöqsanların, həm insan, həm də mövqe, ərazi olaraq bəzi zərərlərin qarşısını ala biləcəyini anlamaq istədiklərini bildirirlər. Əlbətdə qeyd olunur ki, cinayət pozuntularının baş verdiyi məlum olarsa, prosesə hüquq mühafizə orqanları da cəlb edilə bilər.

Bütün bunlardan erməni zabitlərin və komandirlərin narahat olmağa səbəbləri varmı?

“Əlbəttə ki, cinayət xarakterli bir nöqsan varsa, şübhəsiz ki, narahat olmalıdırlar. Hətta keçmiş hökumətin yüksək vəzifəli şəxsləri də təhlükəli məsələlər barədə danışıblar. Buna görə də cinayət tərkibi varsa, bu hal tamamilə hüquqi qiymətini almalıdır.

Bu, heç kim üçün həbs cəzasını nəzərdə tutmur, lakin faktların tam açıqlanması cəbhə bölgəsində zabitlərin və komandirlərin gələcək təhlükəsizliyindən irəli gəlir, çünki təsvirin hərtərəfli aydınlaşdırılması mümkün nöqsanların təkrarlanmasını maksimum dərəcədə sığortalayacaq ehtiyat tədbir olmalıdır.

Nəhayət, xüsusən də Aprel döyüşlərinin iştirakçısı olan fərqli komandirlərin də hətta bu zəncirin müəyyən uyğunsuzluğu barədə danışdıqlarını nəzərər alaraq, silahlı qüvvələrin müharibə dövründə idarəetmə zəncirinin necə işlədiyini və ya işləmədiyini başa düşmək lazımdır.

Eyni zamanda, əlbəttə ki, burada komissiyanın fəaliyyətinin yeni və keçmiş hakimiyyət, yeni hakimiyyət və keçmiş sistem arasında daxili siyasi qarşıdurma mərhələsində keçirildiyi də problem yaradır. Bu yaranmış vəziyyət Aprel döyüşlərinin təfərrüatlarını araşdıran parlament komissiyasının da sadəcə bu mübarizədə yeni hökumətin əlindəki vasitələrdən biri kimi qəbul edilməsi əhval-ruhiyyəsinə gətirib çıxarır, yaxud belə qəbul olunmasına gətirib çıxara bilər”, - deyə erməni politoloq Aram Armatuni suala cavab verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Aprel-döyüşləri  


Bizi "telegram"da izləyin