Ermənistan MN fərarilik edən əsgərlə bağlı manipulyasiya edir - DETALLAR

2018/03/18_03_01_1519896198_151989947124_1520267710.jpg
Oxunub: 14240     16:17     26 Oktyabr 2019    
Ermənistanın Sünik vilayətinin Qafan şəhərində yerləşən “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu artıq 5 gündür ki, hərbi hissəni özbaşına tərk edib və bu barədə hələ də heç bir məlumat yoxdur.

Məlumata görə, hərbi polis həm hərbi hissənin içərisində, həm də əsgərin yaxınları arasında hərbi hissədə ehtimal olunan bir problem səbəbiylə hərbi hissəni tərk edib-etmədiyini və ya məsələnin qohumları ilə əlaqəli olub-olmadığını öyrənmək üçün araşdırma aparır.

Bununla birlikdə, əsgərin yoxa çıxması və hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq barədə bəzi təfərrüatlar ortaya çıxıb. Xüsusilə Ermənistan Müdafiə Nazirliyində olan yüksək rütbəlilər “narahatdır” və əsgərin həyatı üçün təhlükə olmamasına və sağ-salamat tapılmasına dua edirlər.

Erməni əsgərin hərbi hissəni tərk etməsinə nə səbəb ola bilərdi?

Məlumatlara görə, erməni əsgərin qohumları hər gün əsgərin harada olduğu barədə hələ bir xəbəri olmadığını deyən MN-in Hərbi polisinin mərkəzi aparatının əməkdaşları, Qafan, Vanadzor və İrəvan hərbi polis əməkdaşları, həmçinin digər hüquq-mühafizə orqanları ilə təmasda olmalarını israr etsələr də, hüquq-mühafizə orqanlarının əməkdaşlarının əsgərin yaxınlarının onlarla çox təmas saxlamadıqlarını və nəyisə gizlətdiklərini iddia edirlər.

Yəni, hüquq-mühafizə orqanlarının əməkdaşları hərbi hisədə baş verən özbaşınalıqları əsgərin ailə üzvləri ilə problem yaşaya biləcəyi iddiası ilə ört-basdır etməyə çalışırlar.

Lakin bu vəziyyətə cavabdeh olan yeganə tərəf Ermənistan silahlı qüvvələrinin Baş Qərargahıdır, çünki bu il ərzində hərbi hissənin daxilində zorakılıqlar səbəbindən erməni əsgərlərin mövqelərimizə keçməsi və ya hərbi hissəni tərk etməsi, təmas xəttində intihar etməsi halları baş verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Fərarilik  


Bizi "telegram"da izləyin