ABŞ-ı güc mövqeyindən və regiondakı təsirindən uzaqlaşdırma məqsədində Çin donanma quruculuğu və modernizasiyanı daha böyük diqqət yetirir. İlk olaraq bu proqram ABŞ-ın Tayvana potensial müharibə zamanı dəstək imkanlarını sıfırlamağı qarşısına hədəf qoyub. Bu mənada məxsusi olaraq ABŞ-ın dəniz gücünün proyeksiya imkanlarını – öncəliklə onun atom aviadaşıyıcı qüvvələrinin hava qanadını - hədəf almaq üçün hazırlanmış silahlar və platformalar da daxildir.
Bununla yanaşı Çin Tayvan ssenarisi üçün zəruri və faydalı olacaqlardan da əlavə silah və sensor arxitekturaları hazırlamağa başladı. Çin donanma proqramı çoxməqsədli esmineslər, atom hücum sualtı qayıqları, desant gəmilər, təkmilləşdirilmiş logistika qüvvələri sayəsində regional və qlobal dəniz dominantlığına nail olmaq məqsədi daşıyır.
Bu vaxta qədər Çinin regional dominantlıqla bağlı dizaynının ən güclü simvolu öz aviadaşıyıcı filotiliyasının inkişafıdır. Biri tam şəkildə hazır, iki yaxud üçünün üzərində işlərin getdiyi söylənilən bu aviadaşıyıcılar maraqlı bir sualı da qaldırır: Bir dövlət niyə bahalı, logistik cəhətdən çətin və əməliyyat baxımından şübhəli qərar qəbul edərək özünə aviadaşıyıcılar inşa edərək, ABŞ aviadaşıyıcılarının həssas olması təsəvvürünü yaratmaqla, onun manevr azadlığını inkar etmək üçün bu qədər böyük zaman və səy sərf edir? Cavab belədir ki, aviadaşıyıcı qüvvəsinin Çinin strateji məqsədinə nail olmaqda verəcəyi fayda onlarla əlaqəli riskləri xeyli üstələyir. Və Çin bu dərsi məhz ABŞ tarixindən öyrənib.
Dəyanət Ağalarlı
Ordu.az