Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Livanın “Al-Mayadeen” telekanalı məlumat yayıb.
Məlumata görə, aviahücumlar Əl-Malikiya yaxınlığındakı Tel-Tavil kəndində yerləşən bazalara da endirlib.
YPG üzvləri arasında itki və yaralananlar barədə məlumat verilməyib.
Telekanal öz məlumatında bildirir ki, Türkiyə aviasiyası gün ərzində sərhəd ərazisi üzərində intensiv uçuşlar edib və yalnız axşam YPG qərargahına hücuma keçib.
Türkiyə aviasiyasının uçuşu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada PKK/YPG terror təşkilatına qarşı hərbi əməliyyatın başlaması ilə bağlı verdiyi açıqlamalar fonunda edilib.
Sevinc Əliyeva
Ordu.az