Tərtər rayonunda mina aşkar olunub

2019/10/445d9-1570465903.jpg
Oxunub: 1348     20:30     07 Oktyabr 2019    
Tərtər rayonunda, yeni salınmış qəsəbənin ərazisindən keçən su arxının kənarından mina tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Ordu.az-a verilən məlumata əsasən, bu barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib və Şıxarx qəsəbəsi ərazsində məcburi köçkünlər üçün salınmış yaşayış sahəsində su arxının kənarına baxış keçirilib. Aparılan axtarış tədbirləri nəticəsində 1 ədəd 60 mm-lik minaatan mərmisi (M-49) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaatan mərmisinin ətrafında 250 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   ANAMA  

Tərtər rayonunda mina aşkar olunub

2019/10/445d9-1570465903.jpg
Oxunub: 1351     20:30     07 Oktyabr 2019    