KXDR rəsmisi: "Kim bilir, necə dəhşətli insidentlər ola bilər"

2018/06/456456_1529673642.jpg
Oxunub: 774     10:41     07 Oktyabr 2019    
"KXDR ilə ABŞ arasında danışıqların davamı rəsmi Vaşinqtondan asılıdır".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə danışıqları üzrə nümayəndəsi Kim Myonq-gil bildirib.

O, tərəflərin ötən həftə İsveçdə keçirilən və nəticəsiz başa çatan işçi səviyyədə danışıqlarını jurnalistlərə şərh edərkən danışıqların bundan sonrakı taleyinin ABŞ-dan asılı olduğunu vuğulayıb: "Ona görə də bu barədə Birləşmiş Ştatlardan soruşmaq lazımdır. Əgər ABŞ yaxşı hazırlaşmasa, kim bilir, necə dəhşətli insidentlər ola bilər. Gəlin gedişatı gözləyək”.

ABŞ-ın bəyan etdiyi kimi iki həftədən sonra yenidən belə bir görüşün mümkünlüyü barədə sualı cavablandıran Myonq-gil buna şübhə ilə yanaşdığını deyib: “Rəsmi Vaşinqton yeni təkliflər irəli sürə bilməyib, bu baxımdan Birləşmiş Ştatların belə bir qısa müddətdə yeni görüşə hazır olacağına inanmıram”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: KXDR   ABŞ  

KXDR rəsmisi: "Kim bilir, necə dəhşətli insidentlər ola bilər"

2018/06/456456_1529673642.jpg
Oxunub: 775     10:41     07 Oktyabr 2019    