Fatmayı kəndində 3 ədəd top mərmisi tapılıb

2019/10/e935a-1570292452.jpg
Oxunub: 2890     20:19     05 Oktyabr 2019    
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Abşeron rayonunun Fatmayı kəndində sursat aşkar olunması barədə məlumat daxil olub.

FHN-dən "Ordu.az- a verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub.

XRXX-nin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib. Aşkar olunan sursata baxış zamanı müəyyən olub ki, bu, döyüş tətbiqinə yararsız olan 3 ədəd top mərmisidir.

Mərmilər ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Sursatın tapıldığı əraziyə yeraltı və yerüstü baxış zamanı heç bir şübhəli əşya aşkar olunmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   ANAMA  

Fatmayı kəndində 3 ədəd top mərmisi tapılıb

2019/10/e935a-1570292452.jpg
Oxunub: 2891     20:19     05 Oktyabr 2019    