Ordu.az xəbər verir ki, bunu “Vətəndaş Platforması” təşəbbüsünün rəhbəri Ağvan Poğsyan öz “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, əvəzində, Paşinyan və onun “Sülh naminə Qadınlar” təşəbbüsünün rəhbər qadını teatrdadırlar və “ölkənin əks tərəfini” izləyirlər.
Qeyd edək ki, Ermənistan hərbi rəhbərliyi orduda son 3 gündə 3 yaralı və 1 ölü olduğunu qeyd edir. Güman edilir ki, yaralı hərbi qulluqçulardan biri xəstəxanada ölüb.
Alpər Mövludoğlu
Ordu.az