Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni analitik Karen Bekaryan bildirib.
O qeyd edib ki, Ermənistan və Rusiya rəhbərlərinin ikitərəfli görüşü ilə bağlı kifayət qədər maraqlı vəziyyət var.
“İclas gününə qədər görüşün baş tutub-tutmayacağı ilə bağlı çox danışlırdı. Görüş isə baş tutdu və iki mərhələdə oldu. Rusiya prezidentinin səfəri zamanı erməni-rus əlaqələrində mövcud olan bir sıra problemlər bəlli oldu”, - deyə analitik bildirib.
Bekaryan həmçinin Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın həyat yoldaşı Bella Köçəryanın görüşünə toxunub və qeyd edib ki, burada da maraqlı epizodlar var.
“Birincisi, görüş Rusiyanın suveren ərazisində baş tutur, bu, hansısa bir şeyi xatırladır yoxsa yox? İkincisi, Baş nazirin mətbuat katibi Rusiya prezidenti ilə ikinci prezidentin həyat yoldaşının görüşündən xəbərdar olub-olmaması ilə bağlı verilən suala cavab verərkən bildirib ki, hava limanında öz kollegiyasından məlumat alıb. Nə alınır? Əgər Rusiya prezidentinin səfərini təşkil edən komanda bu görüş istəyini, faktı öz kollegiyası qarşısında qoymayıbsa, o zaman ona münasibət bildirilməyib?”,- deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az