DSX-nin Mətbuat Mərkəzindən
Ordu.az-a verilən məlumata görə, DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində 2 nəfər Əlcəzair vətəndaşı tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
Oktyabrın 4-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Qax rayonunun Lələli kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Əlcəzair vətəndaşları 1995-ci il təvəllüdlü Bouremad İshak və 1991-ci il təvəllüdlü Boulekroune Farouq sərhəd pozucusu qismində saxlanılıblar.
Saxlanılan şəxslərin 25 sentyabr 2019-cu il tarixdə rəsmi qaydada Türkiyə Respublikasından İstanbul-Bakı reysi ilə Azərbaycan Respublikasına gəlmələri müəyyən olunub. Araşdırma zamanı Əlcəzair vətəndaşları dövlət sərhədini pozaraq Gürcüstana, oradan isə Türkiyəyə və Avropa ölkələrinə keçmək niyyətində olduqlarını bildiriblər.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Ordu.az