ABŞ-ın “Defense News” nəşrində dərc olunan bir məqalədə qeyd olunub ki, hücumun dəf edilə bilməməsinin səbəbi sistemin qüsurlara malik olması deyil, sistemdən istifadə edənlərin sayıq olmaması və savadsız olmasıdır.
Təşkil olunan hücumun kim tərəfindən təşkil olunduğu ilə bağlı da mübahisələr var. Husilər iddia edirlər ki, hücum onlar tərəfindən təşkil olunub. Öz növbəsində ABŞ, Səudiyyə Ərəbistanı, eləcə də bir sıra Avropa İttifaqı ölkələri hücumun İran tərəfindən edildiyini bildirir.
Məqalə müəllifi Qərb liderlərini mövcud müdafiə sistemlərinin hansının “uğursuz” olduğu barədə tələsik nəticə çıxarmamağa çağırır.
“Skeptiklər “Patriot” proqramından və digər Amerika məhsullarından etibarlılığının aşağı olması fonunda imtina edilməsi və bunun əvəzinə Rusiyanın S-400 sisteminin qəbul edilməli olduğunu söyləyirlər. Bu, sadəcə cəfəngiyatdır. “Patriot” ilk növbədə yüksək hündürlükdə uçan təyyarələri və ballistik raketləri dayandırmaq üçün hazırlanıb, dronlar və qısa mənzilli qanadlı raketlər bu sistemin radarları tərəfindən aşkarlaya bilinməyən hündürlükdə uçur”, - deyə məqalədə qeyd olunur.
Nəşr qeyd edir ki, raketdən müdafiə sisteminin heç bir növü bütün mümkün hava təhlükələrindən qorumaq üçün hazırlanmayıb və Səudiyyə terminallarının hava hücumundan müdafiə sistemində iştirak edən kadrların ixtisasları da məlum deyil.
Sevinc Əliyeva
Ordu.az