Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Bağdadda komendant saatı elan olunub.
Qarşıdurmalardan 600-dən çox şəxsin yaralandığı bildirilir.
Şəhərdə “Facebook”, “WhatsApp”, “Twitter” və digər sosial şəbəkələrə giriş bağlanıb.
Qeyd edək ki, etiraz aksiyaları Bağdad və ətraf şəhərlərdə bir neçə gündür ki, davam edir. Nümayişçilər korrupsiya hallarından və işsizlikdən narazıdır.
Sevinc Əliyeva
Ordu.az