Rusiya prezidenti və Köçəryanın arvadı nədən danışıb? - AÇIQ MESAJ

2019/10/76876-1570103371.jpg
Oxunub: 28501     17:45     03 Oktyabr 2019    
“Hava limanında Rusiya prezidenti ilə ətraflı söhbətimiz, zənnimcə, Ermənistan-Rusiya münasibətlərinə yeni təkan verəcəkdir”, - deyə Paşinyan öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, Rusiya prezidenti ilə rəsmi və qeyri-rəsmi baş tutan görüşlər, biri digərinin məntiqi davamı olub.

Vladimir Putinin İrəvana etdiyi qısa bir səfərdə, yumşaq dillə desək, çaşqınlıq doğuran bir hadisə oldu. Rusiya prezidenti İrəvanda bir neçə saatlıq vaxt keçirərək, AİƏT sammitində iştirak etdi. Ermənistan və İran liderləri ilə ikitərəfli görüşlər keçirdi. Səfər müddətinin qısa olmasına baxmayaraq, sabiq erməni prezident Robert Köçəryanın həyat yoldaşı Bela Köçəryanla görüşməyə də vaxt ayırıb.

Məlumatı Köçəryanın ofisinin rəhbəri Viktor Soqomonyan təsdiqləyib. Ancaq görüşün kimin təşəbbüsü ilə keçirildiyini və Rusiya prezidenti ilə Ermənistanın keçmiş prezidentinin həyat yoldaşının hansı mövzuları müzakirə etdikləri açıqlamayıb.

Bəlkə də bu o qədər də vacib deyil, çünki burada əsas görüşün özüdür. Hətta söhbətin məzmunu da ikinci, üçüncü dərəcəli əhəmiyyətə malikdir. Bununla da, ikinci prezidentin təkcə ağır dövlət cinayətləri törətməkdə günahlandırılmadığını, eyni zamanda açıq şəkildə indiki hakimiyyətə qarşı çıxdığını nəzərə alaraq, eyni zamanda Paşinyan və hökumətinə qarşı bir demarş qüvvə olan Robert Köçəryana Putin bir daha şərtsiz siyasi dəstəyini təklif etmiş olub. Koçaryanın indiki Ermənistan hökumətini devirəcəyinə söz verdiyini də unutmayaq.

“Bütün bunların kontekstində Putinin bu hərəkəti Köçəryanın mühakimə olunmasına və tutulmasına qarşı möhkəm mövqe tutan Ermənistana və onun cəmiyyətinə düşmənçilik münasibətidir. Ancaq Rusiya prezidentinin daha qlobal olan mesajları daha vacibdir. Putin köhnə sistemi bərpa etmək istəyən bütün qüvvələrə, iş adamlarına razılıq mesajı göndərir. Rusiya prezidenti əslində Ermənistandakı “beşinci kolon” fəallığını təşviq edən qüvvəyə çevrilir”, - deyə erməni politoloq Sarkis Artsruni bildirib.

O qeyd edib ki, digər tərəfdən, Rusiya prezidenti açıq şəkildə Ermənistanın daxili işlərinə qarışır, bütün hallarda Robert Köçəryana birbaşa və ya dolayı dəstək ifadə edir.

“Keçmiş Müdafiə naziri Mikayel Harutyunyanın və “1 Mart” hadisəsi ilə əlaqədar mühakimə olunan istintaq qrupunun keçmiş rəhbəri Vahaqn Harutyunyanın Moskvada təhlükəsiz olması faktını da əlavə etmiş olsaq, mənzərə daha dolğun görünməyə başlayır.

Ancaq Avrasiya mühitinin siyasi və sivilizasiya baxımından Ermənistana yaxın olmadığını unutmamalıyıq. Bunun bariz nümunələrindən biri Putinin dünənki görüşü və ya Köçəryanla Putini birləşdirən “güclü kimya”dır”, - deyə erməni politoloq bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Putin  


Bizi "telegram"da izləyin