Ermənistan ordusunun daha bir zabiti rüşvət üstündə həbs edilib

2019/02/vzya_-1550911955.jpg
Oxunub: 21266     17:43     02 Oktyabr 2019    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində vəzifə səlahiyyətlərini aşma, əsgərlərdən qeyri-qanuni pul toplama və rüşvət alma hallarına görə cinayət məsuliyyətinə cəlb edilən zabitlərin sayı durmadan artır.

Ordu.az xəbər verir ki, bu günlərdə əsgərlərdən qeyri qanuni pul toplamaya görə işğalçı ordunun daha bir zabiti həbs edilib.

Xəbərdə bildirilir ki, Ermənistan ordusunda bölük komandiri vəzifəsində xidmət edən Hovannes Vardanyan vəzifə səlahiyyətlərindən sui istifadə etdiyinə və əsgərlərdən rüşvət aldığına görə həbs edilib. Şəxsi heyətlə söhbət zamanı məlum olub ki, sonuncu dəfə bölük komandiri H. Vardanyan bölüyün 27 nəfər hərbi qulluqçusundan 62.20 min dram pul toplayıb, eləcə də əsgərlər zabitin bu addımı dəfələrlə törətdiyini deyiblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Korrupsiya  


Bizi "telegram"da izləyin