Düşmənin sərhəddə təx­ribat-diversiya qrup­larının fəaliyyətinin qarşısı alınıb

2019/04/DSC_0-1556634071.jpg
Oxunub: 16955     10:37     02 Oktyabr 2019    
Dünən, saat 22:00 radələrində Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədindəki təmas xəttində Ermə­nistan Silahlı Qüv­vələrinin döyüş mövqelə­rindən ərazimizə doğru təx­ribat-diversiya qrup­larının hərəkəti döyüş mövqelərimizdə xid­mət aparan sərhəd naryadları tərəfindən aşkarlanıb və qar­şısı alınıb.

DSX-nin Mətbuat Mərkəzindən Ordu.az-a verilən məlumata görə, həmin tarixdə sər­həd döyüş məntə­qələrimiz Ermənis­tan Respublikasının Silahlı Qüvvə­lərinin bölmələri tərə­findən müxtəlif istiqa­mət­lərdən iri çaplı silah­lardan dəfələrlə intensiv atəşə tutulub.

Bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Si­lahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Təxribat   Ermənistan  


Bizi "telegram"da izləyin