“Putinin səfərində ikitərəfli gündəliyin detalları haqqında danışmaq hələ tezdir” – Kopirkin

2019/10/16308-1569923997.jpg
Oxunub: 21107     14:01     01 Oktyabr 2019    
“Hazırda Rusiya prezidenti və Ermənistan Baş nazirinin görüşünün texniki detalları üzərində işlənilir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiyanın Ermənistanda olan səfiri Sergey Kopirkin İrəvanda Paşinyan-Putin mümkün görüşünə toxunarkən bildirib.

Kopirkin bildirib ki, Rusiya prezidentinin Ermənistan səfərinin ikitərəfli gündəliyinin detalları haqqında danışmaq hələ tezdir.

Putinin İrəvana bir neçə saatlıq gəlməsi məsələsinə toxunan səfir bildirib ki, gəliş və burada (Ermənistanda-red.) olmaq proqramı da işlənmə mərhələsindədir, əsas qrup işləyir, bütün məsələlər müzakirə olunur.

Səfir erməni jurnalistlərin digər suallarını cavablandırmaqdan imtina edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Ermənistan  


Bizi "telegram"da izləyin