Türkiyə Pakistan üçün hərbi gəmi inşasına başlayır

2019/09/24935-1569836917.jpg
Oxunub: 31759     14:20     30 Sentyabr 2019    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Pakistana satılacaq yeni bir hərbi dəniz gəmisinin inşasına həsr olunmuş mərasimdə iştirak edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Türkiyə Hərbi Dəniz Qüvvələr üçün yeni bir hərbi gəmini də istismara verib.

Türkiyə prezidenti qeyd edib ki, Türkiyə dünyada milli imkanlardan istifadə edərək döyüş gəmiləri qura, dizayn edə və saxlaya bilən yalnız 10 ölkədən biridir.

Bildirilir ki, Türk donanması üçün istifadəyə verilmiş döyüş gəmisi “TCG Kınalıada”, Pakistan üçün tikilən isə MILGEM adlandırılıb.

Xatırladaq ki, Pakistan Hərbi Dəniz Qüvvələri 2018-ci ildə Türkiyədən dörd MILGEM sinifinə məxsus gəmilərin alınması üçün müqavilə imzalayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Pakistan   HDQ  


Bizi "telegram"da izləyin