Almaniya səfiri: “Dağlıq Qarabağ mürəkkəb münaqişədir"

2019/09/Volfa-1569834476.jpg
Oxunub: 17368     13:04     30 Sentyabr 2019    
“Dağlıq Qarabağ mürəkkəb bir münaqişədir. Amma ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəflər arasında qarşılıqlı və sakit dialoqu təmin edə biliblər. Buna görə biz ATƏT-in Minsk Qrupunun həmsədrlərinə təşəkkür edirik”.

Ordu.az xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq keçirdiyi mətbuat konfransında deyib.

Səfir Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşünə də münasibət bildirib. Diplomatın sözlərinə görə, münaqişə həllini tapmasa da, nazirlərin danışıqlar aparması yaxşıya doğru bir işarədir.

Almaniya səfiri ölkəsinin Avropa İttifaqı institutlarında və beynəlxalq qurumlarda sədr statusundan istifadə edərək müəyyən məsələlərin həllinə kömək edəcəyini qeyd edib.

“Mənim üçün vacib olan praktiki həll yolunun tapılması, xalqların, insanların yaxınlaşması və bir-biri ilə danışmasıdır”, - deyə səfir bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Azərbaycan   Qarabağ   Münaqişə  


Bizi "telegram"da izləyin