Məlumata görə, Valeri Osipyan Moskvada yaşayan Monarxi Armen ləqəbi ilə tanınan varlı Armen Qinosyanla sıx əlaqələrə malikdir. O, Valeri Osipyan polis rəisi təyin olunanda ona ağ “Lexus GX470” markalı avtomobil hədiyyə edib.
Bu hələ siyahının hamısı deyil, ilk öncə polis rəisinin Nubaraşendən işə gəlməməsi üçün İrəvanın Tumanyan küçəsində Valeri Osipyan üçün bir ev kirayə götürülüb. Armen Qinosyanın qismən ödəməsindən və hədiyyəsindən sonra mənzil erməni iş adamlarının birindən satın alınaraq Valeri Osipyanın mülkünə çevrilib.
Erməni jurnalistlər qismən ödəmə ilə bağlı müvafiq quruma sorğu göndərib. Bundan əlavə, Valeri Osipyan yenə də Monarxın Armenindən iki qiymətli hədiyyə olmaqla 1 mənzil və 1 ev alıb.
Əvvəlcə Monarx Armen İrəvandakı Buzand küçəsində inşa etdirdiyi (Saryan Poçtu qarşısında) çoxmənzilli yaşayış binasında Valeri Osipyana bir mənzil bağışlayıb. Bundan əlavə, Armen Davtaşendə Valeri Osipyana bir torpaq bağışlayıb, sonra da öz vəsaiti hesabına həmin ərazidə Valeri Osipyan üçün bir fərdi ev tikib.
Valeri Osipyan bütün bunların əvəzində nə edib?
Keçmiş erməni polis rəisi Armenin istəyi ilə “xırda” cinayət aləmi avtoritetlərini və iş adamlarının yaxınlarını “asfalta sərib”, Monarxın yaxın ətrafındakıları isə vəzifələrə təyin edib. Bunlardan biri, onun himayədarı və yaxını olan Ermənistan Polisinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin İqtisadi Cinayətlər Şöbəsinin artıq sabiq rəisi Mihran Davtyanın təyin olunması idi.
Son iş günü Valeri Osipyan Mihran Davtyanı Rusiyada Ermənistan polisinin nümayəndəsi təyin etdi. Ancaq Mihran Davtyan iki gün sonra, sentyabrın 20-də polis rəisi vəzifəsini icra edən Arman Sarkisyan tərəfindən vəzifəsindən azad edildiyi üçün iş yerinə gedib çıxa bilmədi.
Osipyan hələ də polis rəisinin vəzifəsindən azad edilməsindən sonra yüksək vəzifəli şəxslərin etika komissiyasına təqdim etməli olduğu bəyannaməni təqdim etməyib.
Qeyd edək ki, Armenin Ermənsitanın digər hüquq-mühafizə orqanlarında da onun hesabına vəzifələrə təyin olunmuş dostları var.
Paşinyan müxtəlif məqamlarda Ermənistanda korrupsiyanın aradan qaldırıldığını və himayə, tanışlıq, dostluq münasibətlərinin idarəetmə sistemində yer olmadığını bildirib.
Faktiki olaraq, Valeri Osipyan bu gün onun Baş məsləhətçisidir.
Alpər Mövludoğlu
Ordu.az