Sabiq erməni hərbi prokuror hakimiyyətin kölgə kardinalıdır: O da böyük tikinti biznesinə başlayıb

2019/09/timth-1569573242.jpg
Oxunub: 32239     13:12     30 Sentyabr 2019    
Ermənistanın sabiq hərbi prokuroru Qaqik Changiryanın mövqeləri getdikcə güclənir. O, hal-hazırda dövlət vəzifəsini tutmur, lakin rolu kifayət qədər böyükdür.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Politik.am” nəşri məlumat verib.

Məlumata görə, keçmiş hərbi prokuror prokurorluq, istintaq və məhkəmə sistemində məsələni həll edən şəxsə çevrilib, Kassasiya Məhkəməsinin palata sədrlərinin kabinetlərində onu tez-tez görmək olar. Yeri gəlmişkən, bu, hakimlərinə qəzəbinə səbəb olur.

Bildirilir ki, məhkəmə sistemindən yüksək vəzifəli hər hansı şəxs bir nəfərin cinayət işi ilə bağlı müraciət edəndə onu Cahangiryana yönəldirlər. Demək olar ki, o, yeni hakimiyyətin hüquq blokunun kölgə kardinalı rolunu öz üzərinə götürüb. Yeri gəlmişkən, siyasi xadimlərin keçmiş qvardiyası Qaqik Cahangiryanın əvvəlki fəaliyyətini yaxşı xatırlayır.

O, Ermənistan hüquq-mühafizə sisteminin ən çox korrupsiyalaşmış məmuru hesab olunur. Onun qərarı nəticəsində onlarla erməni zərər çəkib. Buna ən bariz nümunə Madagiz hadisəsi idi. Həmin vaxt Cahangiryanın aktiv fəaliyyəti nəticəsində erməni əsgərlər ömürlük həbsə məhkum edilib.


Cahangiryan keçmiş hakimiyyətlə də yaxşı dil tapırdı. 3000 km ərazində 200 min dollarlıq dəbdəbəli malikanə tikməsi buna sübutudur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hərbi-prokuror   Korrupsiya  


Bizi "telegram"da izləyin