“Ədalət möcüzəsi”: Vigenin Ermənistan ordusundakı sui-istifadə halları

2019/09/Untit-1569570680.jpg
Oxunub: 7453     15:50     28 Sentyabr 2019    
Ermənistan İstintaq Komitəsi keçmiş Müdafiə naziri Vigen Sarkisyanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunduğunu bildirir.

Müzakirə olunan məsələni anlamaq üçün ilk növbədə Vigen Sarkisyanın kim olduğunu dərk etmək lazımdır. Beləliklə, Ermənistanın sabiq Müdafiə naziri, keçmiş iqtidar partiyası olan Respublikaçılar partiyasının yeni nəsil nümayəndəsi və sabiq prezident Serj Sarkisyanın sağ qolu və sadiq “möcüzəsi”dir. O, cinayət əməllərində boğulan partiyanın yenidən qurulması prosesinin “xəyal”ı hesab olunurdu.

O, partiyanın simasını dəyişdirməyə cəhd edirdi. Partiyanın simasının vəhşilik yox, ədəb və nəzakət olduğunu nümayiş etdirmək istəyirdi. Sarkisyan siyasi sistemə aid olmasa da, bu cür görüntü dəyişikliyi etmək niyyətində idi. Sadəcə “boynuyoğun” cinayətkarları əlaqələndirici bürokratlar əvəz etməli idi. Əlaqələndirici bürokratların fəaliyyətləri isə daha savadlı və əsaslandırılmış olduğuna görə olduqca təhlükəli xarakter daşıyırdı. “Boynuyoğun”ların isə nə intellekt səviyyəsi, nə də düşüncəsi vardı. Onlar instinktlərlə hərəkət edir və düşünürdülər ki, sanki belə də olmalıdır.

Bax budur əşyaların yer dəyişməsinin əsas məntiqi, Sarkisyan kadr islahatlarının ana xətti bundan ibarət olub. Bu islahatların əsas tərkib hissəsini Vigen Sarkisyan “möcüzə”si təşkil edirdi. Onun əsas missiyası quldur sistemə peşəkarlıq və ədalət nəfəsi verməkdən ibarət idi.

İlkin təəssürat belə olsa da, bu yalnız Ermənistanın daxili siyasi həyatından bixəbər olan insanlara aidddir. Vigen Sarkisyan həddindən artıq sağ yönümlü şüarlarla çıxış edərək, Ermənistan ordusunda islahatlar aparılmasını təqlid etmək istəyirdi. Deyilənlərə ən yaxşı sübut “Xalq-Ordu” layihəsi idi. Bununla da Sarkisyan avtoritar hakimiyyətinin ideologiyasının bərkidilməsi üçün nəzəri görüntü yaratmağa cəhd edirdi.

Erməni politoloq Qarbis Paşoyan qeyd edib ki, onun “Xalq-Ordu” layihəsi Ermənistanı xeyriyyə müəsisəsinə çevirmək perspektivi idi.

“Yəni şəxsi fəaliyyətsizliyini sədəqə pərdəsi ilə gizlətməkdən ibarət olub. Dövlət vətəndaşların ödədiyi vergiləri havaya sovurmalı, təyin edilmiş qaydalara əsasən yaralanmış hərbçisini müalicə edə bilməməli, nə qədər acı olsa da onların müalicəsini xeyriyyəçi və qayğıkeş əhalinin boğazına bağlamalı idi. Ancaq əhali ordunun həyat qabiliyyətini təmin etmək üçün vergi ödəyirdi, bəs bu vergilər hara gedirdi. Əslində keçmiş iqtidarın möcüzəsinin təsəvvür etdiyi islahatlar sırf xeyriyyəçiliklə və elmlə məşğul olanları isə orduya göndərməklə məhdudlaşırdı. Faktiki olaraq, əslində heç bir islahat aparılmırdı”, - deyə o qeyd edib.

Bu hələ bütün deyilənlər deyil. Hərbçilərin müalicəsi üçün Viqen Sarkisyan necə “qəhramanlıq”la və “xeyriyyəçilik”lə pul toplamağı xahiş edirdi. Bu tamaşanı o qədər ustalıqla oynayırdı ki, hətta heç vaxt üzülməyənlər də Manumentdəki generalların villasını bir anlığa unudurdular. Ancaq məlum olur ki, Ermənistanın “xeyirxah və rəhmətlik sərkərdəsi” sui-istifadə hallarına yol verib. O, ehtiyacı olan hərbçilərin hüquqlarına külli miqdarda ziyan vurub. Bunu Ermənistan İstintaq orqanları deyir.

“Əslində, Vigen Sarkisyan Ermənistan SQ-də Serj Sarkisyan ədalətinin aparıcısı, xeyriyyəçilik tamaşalarından və mifoloji “Xalq-Ordu” kosepsiyası arxasında, Ermənistan ordusuna böyük ziyan vurub. Bu, sadəcə ikiüzlülük deyil, bəs nədir? Ermənistanın üzünə tüpürmək, bu cəsarət və özünə inamla dəyərlər haqqında danışmaq, ancaq növbəti addımda o dəyərləri gözdən salmaq və qaralamaq mümkündürmü?”, - deyə Paşoyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Korrusiya   Vigen-Sarkisyan  


Bizi "telegram"da izləyin