Bunu Hayk Harutyunyanın öldürülməsindən və ya intihar etməsindən bir neçə saat sonra Ermənistanın “Aravot” nəşrinin baş redaktoru Aram Abrahamyan bildirib.
Ümumiyyətlə, terror təşkilatçıları maraqlı bir nümunə ilə bunu məlumat terrorizmi ilə əlaqələndirirlər.
Hayk Harutyunyanın ölüm xəbəri yenicə yayılırdı ki,Ermənistanın keçmiş sistemi ilə yaxından əlaqəli saytlardan biri, əldə etdiyi məlumatlara əsasən hadisənin şahidlərin iştirakı ilə baş verdiyi haqqında yazdı.
Hayk Harutyunyan guya orda olanlara deyib ki, Baş prokuror və Sasun Xaçatryan artıq bir neçə aydır onun ömrünü yeyib.
“Məni Robert Köçəryan və Qeğam Petrosyana qarşı yalan ifadə verməyə məcbur edirlər, axı bunlar günahkar deyillər”, - deyə o bildirib.
Erməni politoloq Sarqis Artsruni qeyd edib ki, istintaq orqanı bu cəfəngiyatı rədd etməyə tələsdi, amma əslində təsadüfən hansı siyasi dairələrin qətl və ya intihar hadisəsinin aşkarlanmasının yalan izlərlə aparılmasında maraqlı olduğunu ifşa edib.
“Əslində, hamımız başa düşürük ki, dəhşətli bir cinayət baş verib, bu hadisə yaxın keçmişi Köçəryanın ölkəni idarə etdiyi qanlı onilliyi zaman baş verənləri xatırladırdı. İntiharların baş vermə üslubu bizə hələ 1999-cu ildən bəri Robert Köçəryan hökumətinin general Artsrun Marqaryanın ikiqat intihar etdiyini bizi inandırdığı dövrdən məlumdur. 27 oktyabr hadisəsinin əsas şahidləri ardıcıl olaraq Köçəryanın hakimiyyəti dövründə həyatla vidalaşdıqları, şahidləri “təmizləmək” praktikası da məlumdur”, - deyə o qeyd edib.
“1 Mart” hadisəsində əsas şahid olan Hayk Harutyunyanın köhnə Köçəryan xətti üzrə öldürüldüyünü düşünmək olarmı?
“Əlbətdə belə bir haqqım var. Xüsusən də, faktiki olaraq məhkəmədəki ifadələri Köçəryanın “1 Mart” hərəkətləri ilə əlaqələndirilməsində və onların koordinasiyasında sübut edilməsində vacib olacaq üç əsas keçmiş erməni məmurdan ikisi artıq yoxdur. Söhbət Hayk Harutyunyan və Qorik Harutyunyandan gedir. Mikayel Harutyunyan da qurbandır və Rusiyada onu hansı aqibətin gözlədiyini Allah bilir”, - deyə erməni politoloq bildirib.
“1 Mart” istintaq qrupunun keçmiş rəhbəri Vahaqn Harutyunyan da Rusiyadadır, ancaq Ağvan Hovsepyan Ermənistandadır.
Artsrunin sözlərinə görə, “1 Mart” hadisələrinin izlərini silməyə çalışan məlum müttəhim kürsüsünün növbəti qurbanı Hovsepyan ola bilər.
“Bu iddia etmədiyimiz bir fərziyədir, amma bunu çox etibarlı hesab edirik və Artur Vanetsyanın bundan nəticə çıxartması yaxşı olardı. MTX-nin keçmiş direktoru sahib olduğu informasiya ehtiyatı ilə xarici rəqiblərimiz və ya onların yanında hərbçi olmuş “beşinci kolon” üçün əsl hədəfdir”, - deyə erməni politoloq qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az