BŞGİBİ-dən
Ordu.az-a bildiriblər ki, iki gün davam edən yarışda rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə fəxri qonaq qismində Baş İdarənin sektor müdiri Samir Salehov, eləcə də rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev, Azərbaycan İdman Könüllüləri Təşkilatının sədri Miraqil Seyidzadə, Şağan Olimpiya İdman Kompleksinin direktoru Atakişi Cahanov və Milli Qəhrəmanın döyüş yoldaşları onun Qarabağ döyüşlərindəki şücaətdən və düşmənə qarşı göstərdiyi qəhrəmanlıqdan danışıblar.
Yarışın əhəmiyyətini qeyd edən natiqlər idmançılara uğurlar arzulayıblar. Milli Qəhrəmanın anası Qalibə Budaqova öz növbəsində yarışın təşkilatçılarına təşəkkürünü bildirib.
Azərbaycan Taekvondo Federasiyasına üzvü olan Bakı və respublikanın regionlarında fəaliyyət göstərən idman cəmiyyətləri və klublarından, eləcə də İran və Gürcüstandan ümumilikdə 360-dək idmançının mübarizə apardığı 2002-2011-ci il təvəllüdlü məktəblilərin yarışında ilk pillənin sahibi “Təhsil-Sumqayıt” komandası sahib olub.
İkinci pilləyə RUGİM, üçüncü yerə isə İran komandası çıxıb.
Yarışda ilk üç yeri tutan idmançılar təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, kubok və medalla təltif olunublar.
Ordu.az