Bakıda NATO ekspertlərinin iştirakı ilə treninq keçirilir

2019/09/05c7e-1569326347.jpg
Oxunub: 7021     15:58     24 Sentyabr 2019    
Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO ekspertlərinin iştirakı ilə pedaqoji təlimatçıların treninqi keçirilir.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, treninqin məqsədi aparıcı pedaqoji təlimatçıların hazırlanaraq, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin pedaqoji potensialının Müdafiə Nazirliyinin kadr resursları hesabına təkmilləşdirilməsinə yardım göstərməkdən ibarətdir.

Sentyabrın 27-dək davam edəcək treninqi müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   MN  


Bizi "telegram"da izləyin