Pakistan XİN rəhbəri işğalçıların Qarabağdan çıxarılmasına çağırıb

2019/09/56756-1569325994.jpg
Oxunub: 12598     15:51     24 Sentyabr 2019    
Pakistanın xarici işlər naziri Şah Mahmud Kureşi Ermənistanı qoşunlarını Dağlıq Qarabağdan çıxarmağa çağırıb.

Ordu.az xəbər verir ki, nazir bunu Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən görüş zamanı deyib.

Ş.M.Kureşi bildirib ki, Pakistan Ermənistanın Dağlıq Qarabağda coğrafiyanın, əhalinin, iqtisadi, sosial və mədəni vəziyyətin və institusional strukturun dəyişdirilməsi üzrə hərəkətlərinə qarşıdır.

Nazir Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq qoşunlarını Dağlıq Qarabağdan çıxarmağa və Azərbaycanın ərazi bütövlüyü və suverneliyinə hörmət etməyə çağırıb.

O əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi regionda sülh və sabitlik üçün təhdiddir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Qarabağ  


Bizi "telegram"da izləyin