"ATƏT-in Minsk qrupu bəyanatı ilə sənə "ağıllı ol, otur yerində" dedi?"

2019/09/38551-3138651402.jpg
Oxunub: 6910     15:46     24 Sentyabr 2019    
"Onlar harada olublar? Nikol Paşinyan Aprel döyüşləri vaxtı harada olub? Aprel sonunda, mayın əvvəllərində dördüncü xətdə səngər qazıb? O, nə edib? İndi bu vəziyyətdə 88 nəfər, üstəgəl də Nikol qoy Rusiyadan və ya Avropadan yeni bir deputatı inandırsın və Qarabağa aparsın".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın "Respublikaçılar" partiyasının sözçüsü, parlamentin keçmiş sədr müavini Eduard Şarmazanov deyib.


Onun sözlərinə görə, 2018-ci il mayın 9-da Paşinyan qondarma qurumu danışıqlar masasına daxil etmək barədə vəd versə də, bu, baş verməyib, əksinə o, həmsədrlər tərəfindən tənbehlənib.

"Bu, bu gün nəinki baş verməyib, hətta həmin vəddən sonra Paşinyan bu barədə açıq danışmır. Nə üçün Nikol can? "Zadnii"yə vermisən, yoxsa ATƏT-in Minsk qrupu bəyanatı ilə sənə "ağıllı ol, otur yerində" dedi?", - deyə Şarmazanov sual edib.

O qeyd edib ki, Paşinyanın "Qarabağ Ermənistandır, vəssalam" bəyanatı da axmaq bəyanat olub.

"Qarabağ danışıqlarında Ermənistanın rəhbəri Paşinyanın belə bir bəyanat verməsi ilə bağlı ona bir sual vermək istəyirəm: bu bəyanat danışıqlar prosesində Ermənistanın və Qarabağın mövqelərini gücləndirir, yoxsa yox? Əgər gücləndirirsə, onda nə üçün sənin Xarici İşlər nazirin qorxaraq Paşinyanın başqa bir bəyanatına istinad edərək, ATƏT-in Minsk qrupu həmsədrlərini inandırırdı ki, biz həm Ermənistan, həm də Azərbaycan xalqı üçün səmərəli olan həll istəyirik", - deyə Şarmazanov vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin