Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan öz “Facebook” səhifəsində yazıb.
"Nikolun "gizli" bir sənəd haqqında canlı yayımını xatırlayırsız? Onun "iflic vəziyyətində olan dövlət institutları haqqında" danışdığını xatırlayırsınız? Yerində reaksiya verdiyimi və növbəti yalandır dediyimi xatırlayırsınız?
İndi isə tərəfimizdən edilən bu "Ermənistan və Şərq tərəfdaşlığı ölkələrinin dövlət idarəetmə sisteminin davamlılıq müqayisəsi" adlı yazını oxuyun.
2019-cu ilin martında SIGMA Ermənistanla bağlı "Əsas ölçü hesabatı: dövlət idarəetməsinin prinsipləri" başlıqlı, xüsusi metodologiya ilə Ermənistanın dövlət idarəetməsinin altı əsas sahəsini analiz edən və həmin sahələrə qiymətləndirmələr verən təhlili nəşr etdirib.
Hesabatda əks olunan qiynətləndirmələr Ermənistanda son dövrlər yüsəldilmiş səs-küy kontekstində xüsusilə vacibdir. Belə ki, guya hazırkı hakimiyyət "uğursuz dövlət idarəetmə sistemini" irs kimi alıb", - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az