Məqalədə qeyd edilirdi ki, illərlə davamlı olaraq erməni hərbi qulluqçuların məzuniyyətləri yanlış hesablanıb və Ermənistan Əmək Məcəlləsinin 169-cu maddəsi pozulub.
“Hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial təminatı haqqında” Ermənistan Respublikası qanununun 32-ci maddəsinə əsasən, hərbi qulluqçuların məzuniyyət müddəti 30-45 gündür. Əmək Məcəlləsinə əsasən, məzuniyyət günlərinin sayı gündəlik orta əmək haqqına vurulmalıdır.
2017-ci il dekabrın 16-da bu məqalə silinib. Yeni qəbul olunmuş qanunda məzuniyyət günlərinin sayı azaldılıb və “təqvim günü” sözü əlavə olunub.
Məqalə əsasında Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisi hələ 2019-cu ilin martında Ermənistan Baş Prokurorluğuna cinayət işi barəsində bildiriş tədqim etmişdi.
Araşdırma davam edir.
Alpər Mövludoğlu
Ordu.az