Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə zərərçəkmiş, ehtiyatda olan zabit Gevorq Hovhannisyan məlumat verib.
O bildirib ki, Kotaykın vilayət rəhbəri tərəfindən vilayətdə orta məktəblərin idarə edilməsi şuralarına “Çıxış” partiyasının nümayəndələrini, həmin şuralarla əlaqəsi olmayan insanları daxil etməyə çalışırlar.
“Mən sadəcə açıqlamalar tələb edirəm. Mən “Hüququn sərhədi” MMC-nin direktoru kimi vilayət rəhbəri Romanos Petrosyana məkyublar göndərərək demişəm ki, hansı hüquqla şuralarla əlaqəsi olmayan insanları orta məktəblərinin idarə edilməsi şuralarının tərkibinə daxil edirsiniz? Vilayət rəhbərinin qardaşı məni görmək istədiyini bildirdi. İstəyin fərqli olduğunu başa düşdüm. Biz təsadüfən görüşdük və onun tərəfindən mənə qarşı zor tətbiq edildi. O, mənə müxtəlif bədən xəsarətləri yetirdi”, - deyə Hovhannisyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az