Azərbaycan Ordusunun əsgəri dəfn olunub - VİDEO (FOTOLAR)
Oxunub: 18962
14:31
24 Sentyabr 2019
Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlu dəfn olunub.
Ordu.az-ın Şimal bürosunun məlumatına görə, hərbi qulluqçunun nəşi rayonun mərkəzi qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub. Sentyabrın 23-də isə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəflərin müraciəti və razılaşması ilə neytral vasitəçi olaraq həlak olan şəxsin nəşini təmas xətti ərazisindən çıxarılması əməliyyatında iştirak edib.